Mənim payızım qaldı yayla qış arasında,
Mənim sözlərim indi iki verse arasında,
Döz arasında, bu qədər dərdlərin!
Mənim həyatım çoxuna bağlı pərdələrdi!
Çox qəribədi, hamı ətrafımıza toplanır,
Uğur artdıqca, yeni qohumlarımız yaranır,
Sadalanır, hallanır adımız hər mövzuda,
Üç sual repində sözlərim uyğun deyil mövzuya!
Bilmirəm, mən mələyəm, mən insanam ya şeytan!
Repodromda siz ponilərsiz, biz mustanq!
Belədi bu oyun - hərə öz qaydasın qoyur.
Mikrofon həkimdi, ürəy paltarını soyun!
Bilmirəm!
Mən demirəm!
Mən bir də buralara gəlməyəcəm!
Mən qorxmuram!
Ver bütün suallarını!
Onsuz da cavab tapmayacam!
Mən qaçmayacam zərbələrdən!
Hər dəyəndə bərkiyərəm!
Dinliyərəm məsləhət,
Amma nə edirəm, özüm bilərəm!
Öz atımı, özüm minərəm!
Xaç olsun bu ya minarə!
Mən bilərəm!
Bəsdi qarışdın Südabə, Dilarə!
Hərənin öz günahlarına,
Öz savabı var!
Öz üç sualına öz cavabı var!