13-04-2009, 12:55
|
#1 (permalink)
|
|
Qonaqlar baxa bilməz
| Populyar.NeT Əsas Qaydalar Populyar.NeT Əsas Qaydalar
[Linklər Qonaqlara Gizlənmişdir.Görmək üçün Üzv olun Qeydiyyat] 1. Üzv olarkən zəhmət olmasa;
1.1. Üzv adlarınızın(nicklerinizin) hamısının böyük hərflə olmamasına,
1.2. Çox uzun xarakterli olmamasına (forum dizaynını pozmaqdadır)
1.3. Eyni şəkildə mənasız nicklər istifadə etməməyə (Misal=ABCABCABC) diqqət yetirin. 2. Mövzu Açarkən və Mesaj Yazarkən ;
2.1. Mütləq forumda axtarış sistemi ilə axtarın. Mövzunun açılmış ola bilmə ehtimalının olacağını unutmayın.
2.2. Mövzularınızı doğru kateqoriyalara açmalısınız, əks təqdirdə idarəçilər mövzularınızı silə bilər və ya dogru kateqoriyaya yerlestire bilərlər. Bununla əlaqədar üzvlərin şərh etmə zərurətləri yoxdur.
2.3. Mövzularınızın baslığını lütfən "Çox Əhəmiyyətli!" "Lütfən Oxuyun!" "Baxsanıza". kimi sözlər istifadə edərək açmayın. Başlıq yazarkən "Kömək" sözünü ağılınıza belə gətirməyin. Mövzu başlıqlarınız mövzu məzmunu ilə uyğun olmalıdır. Bu başlıqlar istifadə edilərək açılan mövzular silinər.
2.4. Açdığınız Mövzularınıza, mesajlarınıza cavab yazılmazsa səbirli olunun. Üzvlərimiz 24 Saatlarını forumda cavab yazmaq üçün keçirmirlər. (Ya da açdığınız mövzu üzvlərimiz tərəfindən diqqətə alınmamış ola bilər). Amma mütləq bir maraqlanan olacaq. Sizdən səbr etmənizi gözləyirik.
2.5. Açdığınız mövzularınızda "səhv" olaraq gördüyünüz yerləri sağ üstdəki Düzəlt (edit) düyməsini istifadə edərəkdüzəldə bilərsiniz.
2.6. Mövzulara mesaj yazarkən "asdfgh" "ve ya tekce mövzunun adını yazmaq" kimi sadə cümlələrlə cavablamayın lütfən. Bu təkcə mesaj kütləsi etməkdədir. Fikirinizi düşüncənizi paylaşın. Ayrıca forumumuzda reputation sistemi (Təşəkkür Sistemi) vardır.
2.7. Yalnız rütbəsini yüksəltmək üçün davamlı gərəksiz mesaj yazan üzvlərimiz bir dəfə xəbərdar ediləcək və təkrarlarsa qaydalara uyğun gəlmirsə forumdan uzaqlaşdırılacaqdır. Ayrıca yazdığı gərəksiz mesajlarda forumdan silinəcəkdir.
2.8. Birləşmiş olaraq yazıla biləcək mesajları mesaj ədədlərinin artması üçün tək mesaj halında yazmaq yerinə birdən çox və alt alta (flood) mesaj yazanlar idarəçi yoldaşlarımız tərəfindən təsbit edildiyində mesajları birləşdiriləcək və yazan adam xəbərdar ediləcəkdir. Xəbərdarlıqlara uyğun gəlməyən üzvlərimiz cəzalandırılacaqdır.
2.9. Açılan mövzularda Kopyala & Yapışdır yazılar isdifadə edilməməyə diqqət göstərilməlidir. Bəzən üzvlərimiz heç oxumadıqları mesajları belə kopyala yapışdır üsulu ilə foruma atmaqdadırlar. Bu tərz mövzular moderatorlar tərəfindən nəzarət edildiyində əlverişsiz ya da qaydadan kənar məzmun təsbit edilsə yenə moderatorlar tərəfindən silinəcəkdir.
2.10. Yazdığınız mesajlarınızın mövzuyla əlaqədar olmasına mütləq diqqət göstərilməli mesajlarınız mövzu ilə əlaqədar olmalı, mövzu xarici olmamalı və mövzu sapdırılmamalıdır. Forumlarda siyasi mövzuları danışmaq, siyasi partiya təbliğatı etmək qətiliklə qadağandır
2.11. Mövzuların ya da mesajlarınızı qətiliklə böyük hərflə yazmayın. Bilin ki virtual aləmdə böyük hərflə yazmaq qışqırmaq mənasındadır. 3. Üzvlərimizə Qarşı,
3.1. Yeni üzvlərimizə qarşı isti davranın.
3.2. Bilinki hər üzv ilk başladığında naşı ola bilər, qaydaları bilməyə bilər. Hətta siz də bəlkə eləsiniz. Qaydalara uyğun gəlməyən üzvlərimizi gözəlliklə xəbərdarlıq edin.
3.3. Üzvlərimizə təhqirlər yağdırmaq sizə ən yaxşı ehtimalla batır ən pis ehtimalla 5 il həbs cəzası olaraq geri dönəcək. Bunu gözardı etməyin və Populyarın bir paylaşma mühiti olduğunu unutmayın.
3.4. Forumumuzun məqsədi müəyyəndir. Xüsusilə Qadın yoldaşlarımızı narahat edici, tanış olaq danışaq məzmunlu mesaj sahibləri forumdan ixrac edilər. Belə gərəksiz mesajlar təkcə mühiti gərginləşdirilir..
3.5. Son tənzimləmələrə görə virtual mühitdə üzvləri və forum idarəçilərini narahat edəcək səviyyədə davranışlar sərgiləyən, mühit hüzurunu pozan, saytdan uzaqlaşdırılmasına baxmayaraq davamlı yeni üzvlüklərlə gəlib dinclik qaçıran üzvlərlə əlaqədar qanuni tənzimləmə edilmişdir. Əlaqədar Qanun lazımlı əməliyyatların tərəfimizdən ediləcəyini ağılınızdan çıxarmayın. 4. Reklam; ümumiyyətlə qadağandır.
4.1. Üzvlərimizin imzalarına hər hansı bir veb saytı adı (Linki) yazmamalarını əhəmiyyətlə xatırladarıq.
4.2. Forumumuza üzvlük tələb edən bir veb saytı linki və ya reklam məzmunlu link əlavə etmək qadağandır. 5. Açılan Mövzularımız haqqında…
5.1. Qanuni tənzimləmələrə görə müəllif hüquqi olan faylların paylaşması qətiliklə qadağan edilmişdir.
5.3. Ayrıca Crack, Serial, proqramlaşdırar və Pornografik ilə əlaqədar link yazılması qadağandır.
5.4. Forum rəhbərliyi olaraq İrqçilik mövzularına icazə vermirik. İrqçilik edən üzvlərimizin kim olduğu əhəmiyyətli deyil. Mövzular silinicektir. Lazımlı görülürsə irqçilik edən yoldaşlar forumdan uzaqlaşdırılacaqlar.
5.5. Forumumuz məzmununda +15 məzmunlu hissədə həddindən artıq narahat edici və insani duyğular ilə insan psixologiyasını pis təsir edən məzmunlarında paylaşması qadağan edilmişdir.
5.6. Video yüklənilib video bölməsinə qoymaq qadağandır, yalnız izləməli videolar qoyulmalıdır. 6. Üzv Profil Nizamlarınızda;
6.1. Profil və imza hissələri, Avatar (Üzv şəkli) şəkilləri heç bir şəkildə təbliğat məqsədli istifadə edilə bilməz.
6.2. Mən gedirəm, (....) qədər müddət forumda ola bilməyəcəyəm, foruma əlvida, forumu buraxıram kimi duyğu istismarçı yazılara imza qisimlərində icazə verilməməkdədir.
6.3. Avatarlarnızda təbliğat məqsədli və pornografik şəkilə icazə verilməməkdədir.
6.4. Üzv imzalarında msn ünvanı vermək, telefon nömrəsi vermək, təhqir məzmunlu yazıla, sözlər istifadə etmək qadağandır. 7. Forum Dili İstifadəsi;
7.1. Forumumuzda ümumiyyətlə yazılar Azərbaycanca yazılmalıdır, yalnız bəzən şərhlərdə dünya dili olan ingilis və rus dillərindən isdifadə oluna bilər 8.Admin və Moderatorlarin Səlahiyyəti;
8.1. Admin və Super Moderatorlar istədiyi başlığı silə bilərlər. Bu mövzudakı məsuliyyətləri üst səviyyə səlahiyyətlilərə qarşıdır. Bu səbəblə;
8.1.1. Moderatorlarla girilən mübahisələr yalnız çətinlik yaradır. Moderlər forum nizamı və keyfiyyəti baxımından təkcə qaydaları tətbiq edərlər.
8.2. Bu səbəblə heç bir üzvün Populyar.Net Forum İdarəçilərini tənqid etməyə ya da İdarəçilərlə əlaqədar mövzu açmağa qətiliklə haqqı yoxdur. Bu hərəkət sorğusuz cəza səbəbidir.
8.3. İdarəçilərlə əlaqədar şikayətlərinizi admin və Super Moderlərə xüsusi mesaj yoluyla məlumatlandıra bilərsiniz 9. Qaydalara uyğun gəlməyən üzvlərimizi təsbit etdiyinizdə xüsusi mesaj olaraq idarəçilərə bildirmənizi xahiş edərik. 10. Forum içərisində hər hansı bir inanc, din, məzhəb, ideologiya, öndər, adam, təşkilat və quruluşlar haqqında haqqında qaynaqsız, və təhqir edici yazılar yazılması qətiliklə qadağandır. 11. Yazılan yazılar və əlavə olunan şəkillərin məsuliyyəti tamamı ilə yazan üzvə aiddir. Bu mövzuda Populyar.Net Forumu məsuliyyət boynuna götürməməkdədir. 12.Qaydalarda Pozuntu edən istifadəçilər ilə əlaqədar;
12.1. Qaydalara uyğun gəlməyən istifadəçilər bir dəfə xəbərdar ediləcəklər. Təkrarlanması halında kart cəzaları və lazım olduğunda saytdan uzaqlaşdırılacaqlar Santero adlı üzvün imzası [Linklər Qonaqlara Gizlənmişdir.Görmək üçün Üzv olun Qeydiyyat] [Linklər Qonaqlara Gizlənmişdir.Görmək üçün Üzv olun Qeydiyyat] | [Linklər Qonaqlara Gizlənmişdir.Görmək üçün Üzv olun Qeydiyyat] | [Linklər Qonaqlara Gizlənmişdir.Görmək üçün Üzv olun Qeydiyyat] | [Linklər Qonaqlara Gizlənmişdir.Görmək üçün Üzv olun Qeydiyyat] __________________________________ нəуαт νєяιℓмιş ƒüяѕəт∂ιя σηυ ιѕтιƒα∂ə єт |
| |