Saytdan daha yaxşı yaralanmaq üçün QEYDİYYAT olmalısınız    
Ən Populyar Əyləncəli Forum populyar

Geri get   Ən Populyar Əyləncəli Forum İslam dini Hədislər, Kəlamlar, Məqalələr

Elanlar və Özəl Mövzular

Hədislər, Kəlamlar, Məqalələr Hər zaman ədalətli və ibadətli ol

Yeni Mövzu Aç Cavabla
 
LinkBack Seçimlər Stil
Alt 13-06-2010, 18:23   #1 (permalink)
Üzv
 Feqir - Avatarı
Qonaqlar baxa bilməz
Standart Ramazan ayı haqqında maraqlı suallar

Ramazan ayı haqqında maraqlı suallar




1. Oxucularımızdan biri soruşur: Mən səhər yuxudan qalxmamışam (bilə-bilə). Amma, həmin gün orucu davam etdirmişəm. Bilmək istəyirəm ki, əgər səhər qalxmıramsa orucum pozulurmu? Ümumiyyətlə bu barədə bilmək istərdim.
Cavabı: Səhər yuxudan qalxmamaq orucu pozmur. Hətta həmin şəxs bunu bilə-bilə etsə də belə. Çünki səhur etmək (səhər yeməyi yemək) şərt deyildir və oruc onsuz da səhih sayılır. Lakin səhurda bərəkət olduğu üçün onu etməsi daha yaxşı olardı. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən səhurda bərəkət var.”

2. Sabah mən işgüzar bir nahara dəvət olunmuşam. Bu çox vacib bir nahardır. Bir gün orucu pozub, sonra bir gün əlavə tutmaq olarmı?
Cavabı: Bu nahar nə qədər vacib olsa da Uca Allahın əmrindən vacib ola bilməz. Odur ki bu səbəbə görə orucu pozmaq günahdır. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə [pis əməllərdən] çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə). Başqa bir ayədə isə belə buyurur: “Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı) oruc tutmalıdır.” (əl-Bəqərə surəsi 185-ci ayə).

3. Ağızı yaxalamağın orucu pozmadığını bilirəm. Bəs agızı su ilə deyil marqans məhlulu, yaxud ətirləndirici məhlullarla yaxalamaq necə, orucu pozurmu?
Cavabı: Xeyir pozmur. Lakin bunu etdikdə ehtiyatlı olmalıdır ki boğazdan su daxil olmasın. Onu da qeyd edək ki, bunları zəruri səbəb olmadan etmək yaxşı hal deyildir.

4. Ramazan ayinda kompyuter ve ya televizor qarshisinda oturmaq ve onlardan istifade etmek gunahdir mi?
Cavabı: Kompyuter və televizordan-harama yol vermədən istifadə etmək olar.

5. Men idmanla me$gul oluram oruc tutan zaman da mesgul ola bileremmi?
Cavabı: Bəli məşğul ola bilərsiniz

6. Əgər keçən ildən qəza orucum qalıbsa, qəzaları tutmamıs bu ilki orucumu tuta bilərəmmi?
Cavabı: Sizin keçən ildən qəzanız qalsa da, qalmasa da bu ilin orucunu mütləq tutmalısınız. O ki qaldı keçən ildən qalan qəzaya, onu da qeyd edək ki, əgər siz heç bir dini səbəb olmadan həmin qəzaları bu Ramazana qədər gücikdirmisinizsə, onda qəzaları tutmaqla bərabər hər günün əvəzinə bir kasıb da yedizdirməlisiniz.

7. Deyə bilərsinizmi oruc tutan adam dodaq boyasından, kosmetikadan və ətirdən istifadə edə bilərmi?
Cavabı: Oruc tutan şəxs dodaq boyası, ətir, sürmə, xına, lak, müxtəlif kremlər və yağlar və sair ənlik-kirşandan istifadə edə bilər. Lakin qeyd etmək lazımdır ki, dodaq boyasından istifadə etməkdən çəkinmək daha yaxşıdır. Belə ki, onun mədəyə düşmək ehtimalı çoxdur.

8. Oruc zamanı üz qırxmaq olarmı?
Cavabı: Üz qırxmaq orucu pozmur.

9. Ramazan ayında insan günorta ikən çimə bilərmi?
Cavabı: Bəli, insan Ramazan ayında günorta oruclu ola-ola çimə bilər. Çünki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) oruclu ola-ola çimərdi. Əlbəttə, bu cür məsələlərdə ifrata varmaq olmaz. Əksinə, hər bir müsəlman Allahın verdiyi rüsxətdən istifadə etməlidir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Şübhəsiz ki, bu din asanlıqdır. Elə bir kimsə yoxdur ki, dini çətinləşdirsin və o həmin şəxsi (aciz edərək) məğlub etməsin. Orta mövqe tutun (ifrata və təfritə varmayın)! (İbadətləri tam yerinə yetirə bilməsəniz də bacardığınız qədər ona) yaxınlaşın! (Az da olsa davamlı əməllərinizə görə) sevinin! Səhər-axşam və gecənin bir hissəsində (davamlı ibadət etməklə Allahdan) kömək diləyin!” (Bu hədisi Buxari rəvayət etmişdir).

10. RAMAZAN AYINDA TOY ETMEK OLAR?
Cavabı: Bəli, Ramazan ayında harama yol verməmək şərti ilə iftardan (yəni gün batandan) sonra toy etmək olar.

Feqir adlı üzv offline vəziyyətindədir  
Bookmark and Share
Sitat ilə Cavabla
Reklamlar :)
pul qazanmaq
Alt 13-06-2010, 22:17   #2 (permalink)
Super Star
 SIYAH - Avatarı
Qonaqlar baxa bilməz
Standart Cavab: Ramazan ayı haqqında maraqlı suallar

Ramazan ayı haqqında maraqlı suallar


qabaqdan Ramazan bayrami gelir..ALLAH BUTUN ORUC TUTANLARIN ORUCLARINI QEBUL ETSIN AMIN!!!!!!!!


SIYAH adlı üzvün imzası

SIYAH adlı üzv offline vəziyyətindədir   Sitat ilə Cavabla
Alt 16-06-2010, 10:57   #3 (permalink)
Çox yazan Üzv
 slatkaya - Avatarı
Qonaqlar baxa bilməz
Standart Cavab: Ramazan ayı haqqında maraqlı suallar

Ramazan ayı haqqında maraqlı suallar


Çox sağ ol Fəqir Allah sənənə razı olsun.Qabaxdan Ramazan ayı gəlir indidə oruc tutacaxlara Allah orucunuzu qəbul eləsin, tutmayanlarasa Allah qismıt eləsin ki, tutsun AMİN


slatkaya adlı üzvün imzası


slatkaya adlı üzv offline vəziyyətindədir   Sitat ilə Cavabla
Alt 20-06-2010, 23:48   #4 (permalink)
Star Boy
 Kenan Eyubzade - Avatarı
Qonaqlar baxa bilməz
Standart Cavab: Ramazan ayı haqqında maraqlı suallar

Ramazan ayı haqqında maraqlı suallar


Amin ALLAH butun oruc tutanlara qebul elesin


Kenan Eyubzade adlı üzvün imzası
[Linklər Qonaqlara Gizlənmişdir.Görmək üçün Üzv olun Qeydiyyat]

Kenan Eyubzade adlı üzv offline vəziyyətindədir   Sitat ilə Cavabla
Cavabla

Tag
ayı, haqqında, maraqlı, ramazan, suallar

Seçimlər
Stil

Səlahiyyətiniz
Yeni Mesaj yazma icazəniz Aktiv deyil dir
Mesajlara Cavab vermə icazəniz aktiv deyil dir
Əlavə yükləmə icazəniz Aktiv deyil dir
Öz mesajınızı dəyişdirmə icazəniz Aktiv deyil dir

BB code is Açıq
Smayllar Açıq
[IMG] Kodları Açıq
HTML-KodlarıBağlı
Trackbacks are Açıq
Pingbacks are Açıq
Refbacks are Açıq


Oxşar mövzular
Mövzu Mövzunu başladan Forum Cavablar Son Mesaj
Ramazan Bayramı mesajları Santero Təbrik Mesajları 2 20-08-2010 18:02
Yetenek Sizsiniz Türkiye - Ramazan Berkat Kenan Eyubzade Video Show 0 14-02-2010 15:24
Ramazan bayramınız mübarək (2009) Santero Təbrik etmələr 0 20-09-2009 10:29
Ramazan ayınız mübarək Kenan Eyubzade Təbrik etmələr 2 03-09-2009 10:43
Ramazan Bayrami Kenan Eyubzade Digər Şəkillər 1 24-08-2009 14:24


Bütün Vaxt üzəlişləri WEZ +5 olaraq düzəldilmişdir. İndi Saat: 23:14

Populyar.NeT | Dost Saytlar | Dəstəkləyən və dəstəklədiyimiz saytlar


Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2010, Jelsoft Enterprises Ltd.
Search Engine Friendly URLs by vBSEO 3.3.0
Populyar əyləncə və məlumat paylaşma platforması - Populyar team