Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Sürixdə 2009-cu ilin ən yaxşı futbolçusunu elan edib
Bu, argentinalı hücumçüu Lionel Messidir. Baş məşqçilər və milli yığmaların kapitanları arasında keçirilmiş səsvermədə Messi 1073 xal yığıb və “Brilyant top” alan ilk argentinalı olub.
İlin ən yaxşı futbolçusu adına digər namizədlər (Kriştianu Ronaldu, Xavi, Andres İnyesta və Kaka) ümumilikdə 872 xal toplayıblar. Lioneal Messidən sonra ikinci yeri ötən ilin ən yaxşı futbolçusu seçilmiş Kriştianu Ronaldu (352 xal) tutub. Xavi (190) və Kaka (196) təxminən eyni xal toplasalar da, İnyesta (134) xeyli geri qalıb.
Beləliklə, Argentina millisinin və İspaniya “Barselona”sının hücumçusu Lionel Messi 2009-cu ildə Kriştianu Ronaldonun “dubl”unu təkrarlayıb və futbolda iki daha nüfuzlu fərdi mükafata layiq görülüb. “France Football” dərgisi dekabrın əvvəllərində onu “Qızıl top”a layiq görmüşdü. Bundan başqa, argentinalı futbolçu səslərin sayına görə rekooda imza atıb.