Saytdan daha yaxşı yaralanmaq üçün QEYDİYYAT olmalısınız    
Ən Populyar Əyləncəli Forum populyar
Alt 05-05-2009, 21:23   #1 (permalink)
Yeni Üzv
 isi_i - Avatarı
Qonaqlar baxa bilməz
Yeni Bakida telefon xettinin tarixi

Bakida telefon xettinin tarixi




TELEFONUN 127 YAŞI VAR



Bakıda ilk telefon xətti 1880-ci ildə "Qafqaz və Merkuri" gəmiçilik cəmiyyəti tərəfindən yaradılmışdır.

1885-ci ilə qədər Bakıda artıq 14 telefon xətti mövcud olmuşdur. Dünyada telefon rabitəsinin tarixi 1876-cı ildən başlayır. İlk telefon aparatı 1876-cı ildə Amerikada lal-karlar üçün məktəb müəllimi Aleksandr Qreyam Bell tərəfindən nümayiş etdirilmişdir. Bu aparatın mühüm əhəmiyyətə malik olduğunu başa düşən amerikalılar 1877-ci ildə ilk telefon kommutatorunu istismara vermişlər. Tezliklə Avropaya keçən telefon Rusiyaya və Bakıya çatmışdır. Bakıda ilk telefon xətti 1880-ci ildə "Qafqaz və Merkuri" gəmiçilik cəmiyyəti tərəfindən yaradılmışdır. 1885-ci ilə qədər Bakıda artıq 14 telefon xətti mövcud olmuşdur. Çar hökuməti dövründə neft sənayesinin inkişafı ilə əlaqədar Avropadan və digər ölkələrdən o dövrün məşhur şirkətləri, kapitalistləri axışıb Bakıya gəlirdilər. Get-gedə inkişaf edərək iri sənaye şəhərinə çevrilən Bakıda telefon şəbəkəsinin yaradılmasına ciddi ehtiyac yaranmışdı. 1886-87-ci illərdə yüksək səlahiyyət sahibləri arasında gedən yazışmalardan da məlum olur ki, o dövrdə Bakı şəhərinin telefonlaşdırılmasına həm dövlət strukturları, həm də şirkətlər tərəfindən böyük əhəmiyyət verilmişdir. Hələ 1881-ci il sentyabrın 25-də "Şəhər telefon rabitəsinin qaydaya salınması və istismar edilməsinin əsas şərtləri" təsdiq olunmuşdur. Həmin sənəd əsasında isə Poçt və Teleqrafların Baş İdarəsi ilə Moskvanın 1-ci dərəcəli taciri Qustav İvanoviç List arasında 26 may 1886-cı ildə Bakı şəhərində telefonların quraşdırılması və 20 il müddətində istismarı ilə əlaqədar 40 maddədən ibarət kontrakt imzalanmışdır. Həmin kontraktdan sonra şəhərdə telefon şəbəkəsinin yaradılması ilə əlaqədar ortaya bəzi problemlər çıxmışdır. Belə problemlərdən biri də mərkəzi küçələrdə telefon xətti çəkilərkən ağac dirəklərin Şəhər Duması tərəfindən qadağan edilməsi, dirəklərin quraşdırılması üçün istifadə edilən torpağa görə icarə haqqı ödənilməsinin və Duma binasının mərkəzi telefon stansiyası ilə təmənnasız birləşdirilməsinin tələb olunması idi. Bu problemlə əlaqədar Bakı Poçt-Teleqraf dairəsinin rəisi tərəfindən Sankt-Peterburq şəhərinə - Poçt və Teleqrafların Baş İdarəsinə məlumat göndərilmişdir. Poçt və Teleqrafların Baş İdarəsinin rəisi tərəfindən Bakı qubernatoruna göndərilmiş 27 fevral 1887-ci il tarixli məktubdan aydın olur ki, həmin məlumatdan sonra Baş idarədən Bakı Poçt-Teleqraf dairəsinə 1886-cı il oktyabr ayının 29-da teleqramla lazımi göstərişlər verilmişdir. Göründüyü kimi, hələ 1886-cı ildə Sankt-Peterburq və Bakı şəhərləri arasında teleqraf rabitəsi mövcud olmuşdur. Onu da qeyd edək ki, Bakıda telefonlaşdırma ilə əlaqədar yaranmış problemlərlə bağlı 1887-ci il dekabr ayının 30-da Rusiya imperatorunun fəaliyyətdə olan Senat üzrə Fərmanı olmuş və problemlər qanuna uyğun olaraq həll edilmişdir. 26 may 1906-cı ildə kontragent Q.Listin icarə vaxtı qurtardığı üçün Bakıda telefon şəbəkəsinin necə istismar edilməsi barədə mübahisəli şəkildə müzakirə olunduğu vaxtda - 1907-ci il aprelin 13-də şəhər telefon şəbəkəsi Tiflis Poçt Teleqraf Dairəsi İdarəsi ilə bağlanmış 20 ililk (13.04.1927-ci ilədək) müqaviləyə görə "Tovarişestvo E.F.Bierinq i K0" Bakı şəhəri və Bakı şəhər ətrafında telefon əlaqələri idarəsinin əlinə keçmişdir. Həmin idarənin rəhbərliyi tərəfindən yazılmış 13 iyun 1907-ci il tarixli bir məktubdan aydın olur ki, o dövrdə Bakının mərkəzinə xidmət edən 1200-ə qədər abunəçi üçün 7 ədəd ikiyüzlük kommutator mövcud olmuşdur. Məktubdan məlum olur ki, həmin dövrdə təkcə şəhər mərkəzində deyil, şəhərətrafı kəndlərlə də telefon əlaqəsi yaradılmış, Bakı-Balaxanı arasında 36 birləşdirici xətt işləmiş və 300 abunəçiyə xidmət etmişdir. Həmin dövrdə də şəbəkənin yenidən qurulması üçün tədbirlər görülmüşdür. Adı çəkilən məktubdan məlum olur ki, Bakıda telefon əlaqələrinin və şəbəkənin əsaslı surətdə yaxşılaşdırılmasının vacibliyini dərk edən "Tovarişestvo E.F.Bierinq i K0" şirkəti 3 il ərzində müqavilə əsasında şəbəkəni yenidən qurmalıdır. 1911-ci ildə isə Tiflis-Bakı-Yelizavetpol istiqamətində telefon xətti çəkilmiş və istifadəyə verilmişdir. O dövr üçün Zaqafqaziyada çox mühüm sayılan bu hadisə dövri mətbuatda, o cümlədən "Qafqaz" qəzetində mütəmadi işıqlandırılmışdır. 1916-cı il avqustun 5-də Bakı Telefon Şəbəkəsində telefon rabitəsindən istifadə qaydaları işlənib hazırlanmış və təsdiq edilmişdir. Göründüyü kimi Azərbaycanda rabitə sisteminin yaranma tarixi qədim və zəngindir. Azərbaycanda Sovet hökumətinin ilk günündə Xalq Komissarları Sovetinin (XKS) tərkibində Poçt və Teleqraf Komissarlığı yaradılmış və Cəmil Vəzirov xalq komissarı təsdiq edilmişdir. 1920-ci il iyun ayının 4-də İnqilab Komitəsinin sədri N.Nərimanovun imzaladığı Dekret əsasında milliləşdirmə tədbirləri çərçivəsində "Tovarişestvo E.F.Bierinq i K0" şirkətinə məxsus olmuş bütün rabitə müəssisələri və binalar Poçt və Teleqraf Xalq Komissarlığının tabeliyinə verilmişdir. Xalq Komissarları Sovetinin 16 iyun 1921-ci il tarixli protokolundan məlum olur ki, respublika hökuməti telefon şəbəkəsinin dağılmaq vəziyyətində olduğunu və şəbəkənin yenidən qurulmasının vacibliyini nəzərə alaraq lazımi materiallar almaq üçün mütəxəssislərin xaricə ezam edilməsini və telefon şəbəkəsinin bərpası üçün 46.422 min rubl vəsait ayrılmasını qərara almışdır.

isi_i adlı üzv offline vəziyyətindədir  
Bookmark and Share
Sitat ilə Cavabla
isi_iAdlı üzvə bu mesajı üçün təşəkkür edənlər 2:
KaptanX (09-05-2009), Santero (06-05-2009)
Reklamlar :)
pul qazanmaq
Alt 09-05-2009, 18:08   #2 (permalink)
Üzv
 KaptanX - Avatarı
Qonaqlar baxa bilməz
Standart Cavab: Bakida telefon xettinin tarixi

Bakida telefon xettinin tarixi


cox sagol maraqlidi


KaptanX adlı üzvün imzası
KaptanX

[Linklər Qonaqlara Gizlənmişdir.Görmək üçün Üzv olun Qeydiyyat]

Hillary Duff



KaptanX adlı üzv offline vəziyyətindədir   Sitat ilə Cavabla
Alt 10-05-2009, 13:08   #3 (permalink)
Çox yazan Üzv
 f.koc07 - Avatarı
Qonaqlar baxa bilməz
Standart Cavab: Bakida telefon xettinin tarixi

Bakida telefon xettinin tarixi


sağol güzeldi


f.koc07 adlı üzvün imzası
[Linklər Qonaqlara Gizlənmişdir.Görmək üçün Üzv olun Qeydiyyat]

f.koc07 adlı üzv offline vəziyyətindədir   Sitat ilə Cavabla
Alt 11-06-2009, 18:32   #4 (permalink)
Star Boy
 Kenan Eyubzade - Avatarı
Qonaqlar baxa bilməz
Standart Cavab: Bakida telefon xettinin tarixi

Bakida telefon xettinin tarixi


tsk edirem sag ol


Kenan Eyubzade adlı üzvün imzası
[Linklər Qonaqlara Gizlənmişdir.Görmək üçün Üzv olun Qeydiyyat]

Kenan Eyubzade adlı üzv offline vəziyyətindədir   Sitat ilə Cavabla
Alt 10-08-2009, 01:19   #5 (permalink)
Üzv
 REHIMLI CAVID RAQUF oglu - Avatarı
Qonaqlar baxa bilməz
Standart Cavab: Bakida telefon xettinin tarixi

Bakida telefon xettinin tarixi


Cox sağ ol!

REHIMLI CAVID RAQUF oglu adlı üzv offline vəziyyətindədir   Sitat ilə Cavabla
Cavabla

Tag
bakida, tarixi, telefon, xettinin

Seçimlər
Stil

Səlahiyyətiniz
Yeni Mesaj yazma icazəniz Aktiv deyil dir
Mesajlara Cavab vermə icazəniz aktiv deyil dir
Əlavə yükləmə icazəniz Aktiv deyil dir
Öz mesajınızı dəyişdirmə icazəniz Aktiv deyil dir

BB code is Açıq
Smayllar Açıq
[IMG] Kodları Açıq
HTML-KodlarıBağlı
Trackbacks are Açıq
Pingbacks are Açıq
Refbacks are Açıq


Oxşar mövzular
Mövzu Mövzunu başladan Forum Cavablar Son Mesaj
Beşiktaş Klubunun yaranma tarixi Bjk_1903 Football 1 22-01-2010 21:12
mobil telefon haqqinda bilmedikleriniz... isi_i Mobil Telefonlar 3 14-01-2010 19:24
Eyni anda telefon və qapı çalsa Santero Populyar Anket 6 08-01-2010 18:09
Çılpaq göstərən mobil telefon Santero Mobil Telefonlar 0 07-01-2010 20:08
Telefon kitabçanda neçə nəfər var Santero Populyar Anket 4 06-01-2010 23:04


Bütün Vaxt üzəlişləri WEZ +5 olaraq düzəldilmişdir. İndi Saat: 11:01

Populyar.NeT | Dost Saytlar | Dəstəkləyən və dəstəklədiyimiz saytlar


Powered by vBulletin® Version 3.8.4
Copyright ©2000 - 2010, Jelsoft Enterprises Ltd.
Search Engine Friendly URLs by vBSEO 3.3.0
Populyar əyləncə və məlumat paylaşma platforması - Populyar team